olkepress.com
olkepress.com

Yadplanetliyə oxşamaq üçün dəfələrlə əməliyyat etdirdi

6-11-2023, 22:37

Yadplanetliyə oxşamaq üçün dəfələrlə əməliyyat etdirdi

Fransalı Antoni Loffredo yadlanetliyə bənzəmək üçün bədəninə xeyli zərər verib.

Olkepress.com
Yadplanetliyə oxşamaq üçün dəfələrlə əməliyyat etdirdi
Lent.az-a istinadən xəbər verir ki, o burnunu, dodaqlarını, qulaqlarını kəsdirib, gözlərinin içi də daxil olmaqla bütün bədəninə tünd rəngli döymələr vurdurub.

Özünü yerli hiss etmədiyini, bunun üçün maksimal dərəcədə yadplanetliyə oxşamağa çalışdığını bildirən Loffredo bu yolda dilini və barmaqlarını da qurban verməyə hazırdır. Özünü “qara yadplanetli” adlandıran 35 yaşlı Loffredo vücudunun hələ yalnız 60 faiz bənzərlik təşkil etdiyini, özünü transformasiya etmək üçün xeyli işlər görməli olduğunu deyib.
O yaxın gələcəkdə əl və ayaq barmaqlarını kəsdirib onların sayını beşdən ikiyə endirmək niyyətindədir. Baş və qol dərsinin altına çoxlu sayda dolğular yeridərək qəribə formalara salmış fransız bu layihəsini insanlığın sərhədlərini dəyişdirmək istəyi ilə də əlaqələndirib.

Sosial şəbəkədən gələn gəlir hesabına yaşayan fransız əlinə keçən pulları yeni əməliyyatlara sərf edir. O, dəyişikliyini qəbul etməyən adamlara deyib: “Cinsiyyətini dəyişənlərə normal baxırsınız, mən də görünüşümü istədiyim formaya salmaqda azadam”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi