olkepress.com
olkepress.com

Biletləri 20 saata satıldı, konsert iki gün olacaq

19-10-2022, 16:38

Biletləri 20 saata satıldı, konsert iki gün olacaq
6 il fasilədən sonra ABŞ-dan qayıdan və səhnəyə çıxmağa hazırlaşan reper Orxan Zeynallının konsert biletləri 20 saat ərzində satılaraq Azərbaycan tarixində rekord qırıb.

Olkepress.com BiG.AZA istinaden xəbər verir ki, "Biletləri ən sürətli satılan konsert" ünvanını alan "40-cı paralel"in ikinci günü də əlavə olunub.

2o noyabrın səhəri günü – yəni, 21 noyabrda da Orxan eyni konsert proqramı ilə "Elektra Events Hall"da səhnəyə çıxacaq.

İlk günə satılan 3100 biletdən sonra, 21 üçün satılan biletlər bu gün 19:00-da "İticket" platformasında aktiv olacaq.

Qeyd edək ki, keçmiş HOST qrupunun AİD ləqəbli Orxan Zeynallı musiqi fəaliyyətinə 2007-ci ildə başlayıb. HOST-un tərkibində 5 il ərzində 100-lərlə mahnının, 50-dən çox konsert və çıxışların həyata keçməsində fəal şəkildə iştirak edib. Qrup üzvləri 2012-ci ildən etibarən solo fəaliyyətə başlayıb. Orxanın ilk solo albomu "Biz İnsan Deyilik" adlanıb və 2010-cu ildə ilk dəfə olaraq görüşlər vasitəsi ilə satılıb.

O, "Hekayəm", "40-cı paralel", "Mavi qızılgüllər", "Karusel", "Yadımda deyilsən", "Bəlkə də nə vaxtsa" kimi hitlərin müəllifidir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi