olkepress.com
olkepress.com

Efirdə gərginlik: Aparıcı Vasif Məhərrəmlini Rəhimə görə qınadı - VİDEO

5-10-2022, 13:26

Efirdə gərginlik: Aparıcı Vasif Məhərrəmlini Rəhimə görə qınadı - VİDEO

ARB TV-nin "Elgizlə İzlə" verilişinin aparıcısı Pərvanə Tahirqızı ilə Vasif Məhərrəmli arasında efir zamanə gərginlik yaşanıb.

Ölkəpress.com xəbər verir ki, aparıcı Vasif Məhərrəmlinin Rəhim ölən günü ayaq görüntülərini paylaşmasını düzgün hesab etməyib: "Camaat bunu bilmirdi. Mən bir Rəhim sevən olaraq bunu qəbul etmirəm".
"Ay xanım, bir dəqiqə dayan. Sözümü deyim sonra. Yazırlar ki, Rəhimin sağlığında bunu niyə paylaşmırdınız, indi paylaşırsınız? Mən Rəhimin sağlığında bunu necə paylaşım? Rəhim mənə deyərdi ki, mənim videomu niyə paylaşmısan? Mənim baxış bucağım, mənim fəlsəfəm budur. Mən Rəhimi qorumuşam",- deyə Vasif Məhərrəmli aparıcıya cavab verib.

O həmçinin bildirib ki, Rəhim Rəhimlinin imkanı yaxşı olub. Əksinə, o, insanlara özü kömək uzadıb:

"Camaat yazır ki, Rəhimə heç kim kömək etmədi. Siz bilmirsiniz, amma Rəhim özü hamıya köməklik edirdi. Nə olmuşdu ki Rəhimə? Mən sezonda on toyda olurdumsa, onun doqquzunda Rəhim də iştirak edirdi. Rəhim yarım saatlıq çıxışı üçün 3500 manat qonorar alırdı. Elə olurdu ki, günə 10 min manat qazanırdı. Rəhim ac-yalavac idi ki? Rəhimin Tarqovunın mərkəzdəki evinin 2 milyon qiyməti var. Yeni tikilən binalardan birində təmirli evi var idi, köçməyə hazırlaşırdı. Rəhim onun-bunun cibinə pul qoyurdu, kömək edirdi".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi