olkepress.com
olkepress.com

"Mən də şəhid ailəsiyəm, amma heç vaxt yardım istəməmişik" - Təranə Qumral

28-09-2022, 10:47

"Mən də şəhid ailəsiyəm, amma heç vaxt yardım istəməmişik" - Təranə Qumral

"Mən də şəhid ailəsiyəm, amma buna görə heç vaxt yardım istəməmişik".

Ölkəpress.com Yenisabah.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında müğənni Təranə Qumral deyib.

O, müharibə dövründə və atəşkəsin pozulması dönəmində bəzi şou nümayəndələrinin hərbi geyimlə şəkillər çəkdirməsinə etirazını bildirib. Qardaşı Birinci Qarabağ müharibəsində şəhid olan müğənninin sözlərinə görə, bu cür addımlar vətənpərvərliyin simvolu sayılmır:

"Şou nümayəndələri öz işiylə məşğul olsa, yaxşı olar. Hərbi geyimdə, əlində avtomat, tankın üstündə şəkil çəkdirməklə heç kəs vətənpərvər olmur. Belə addımlar vətənpərvərliyim simvolu deyil. Vətənpərvərlik insanın qanında, canında olmalıdır. Bununla kimsə şəhid ailələrinə, qazilərə dəstək olacağını düşünürsə, səhv edir. Qonşudan bişən yeməklə heç kəsin qarnı doymur. Vətənpərvər kişi şou nümayəndələri cəbhədə döyüşər, qadınlar da həmin ailələrə maddi yardım göstərər. Mən də şəhid ailəsiyəm, amma buna görə heç vaxt yardım istəməmişik. Bizim ailədə belə şeylər olmayıb. Allah şəhidlərimizə rəhmət eləsin!"


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi