olkepress.com
olkepress.com

Şakira və Pikenin ortaq sərvəti - VİDEO

10-06-2022, 20:12

Şakira və Pikenin ortaq sərvəti -  VİDEO

Xəbər verdiyimiz kimi, "Barselona"nın ulduz futbolçusu Jerar Pike və dünya ulduzu Şakira 12 illik münasibətlərinə son qoyub.

Ölkəpress.com xəbər verir ki, son zamanların sensasiyalı hadisələrinin mərkəzində olan Jerar Pike və Şakira cütlüyünün ortaq sərvəti də gündəm olub. Belə ki, cütlüyün ümumi sərvəti 700 milyon avrodur.
Kolumbiyalı müğənni, 3 Qremmi mükafatı laureatı Şakira sərvətini təkcə musiqidən qazanmayıb. "Forbes"ə görə, sərmayələri və daşınmaz əmlak gəlirləri olan Şakiranın şəxsi sərvəti 300 milyon avrodur. Dünyanın mühüm yerlərində mülkləri olan Şakiranın Baham adalarında da adası var.

"Barselona"dan illik 4,7 milyon avro maaş alan Pike məşhur futbolçu “Kosmos Holding” şirkətinin qurucusu olmaqla yanaşı, həm də daşınmaz əmlak investisiyaları ilə məşğuldur. Bundan əlavə, ulduz müdafiəçi İspaniyada Fransa Liqasının yayım hüquqlarına sahibdir. 3800 kvadratmetrlik nəhəng malikanə də daxil olmaqla bir çox mülkə sahib olan Şakira və Pikenin ortaq sərvətinin 700 milyon avro olduğu öyrənilib. Ulduz ikili bu sərvəti ortaq şəkildə paylaşacaq. Hər iki tərəfin vəkilləri bu məsələ ilə bağlı işlərini davam etdirirlər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi