olkepress.com
olkepress.com

Ağadadaş Ağayev səhnəyə qayıtmaq üçün iki ay zaman istədi - VİDEO

31-05-2022, 15:41

Ağadadaş Ağayev səhnəyə qayıtmaq üçün iki ay zaman istədi - VİDEO

Uzun zamandır xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti Ağadadaş Ağayev səhhətindən söz açıb.

Ölkəpress.com xəbər verir ki, bu barədə müğənni ARB TV-də yayımlanan “Sözbaz” verilişində danışıb.

Ağayev artıq sağaldığını bildirsə də, yenidən səhnəyə qayıtmaq üçün tamaşaçılardan zaman istəyib:

“Artıq xəstəliklə vidalaşdım. Amma üç-beş aydan bir müayinəyə gedirik. Tamaşaçılar üçün darıxmışam. Səkkizə yaxın mahnı yazmışam, musiqisi özümə aiddir. Onları ərsəyə gətirmək üçün mənə iki ay zaman lazımdır. Dinləyicilər zaman versinlər, qayıdacağam”.

Qeyd edək ki, müğənni bir neçə dəfə İstanbulda əməliyyat olunub.

Ətraflı süjetdə:


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi