olkepress.com
olkepress.com

Bakıda öldürülərək quyaya atılan uşağın atası canlı efirdə saxlanıldı - VİDEO

4-02-2022, 20:13

Bakıda öldürülərək quyaya atılan uşağın atası canlı efirdə saxlanıldı - VİDEO

Yanvarın 31-də öldürülərək quyuya atılan üç yaşlı Məryəmin atası Taleh Allahyarov saxlanılıb.

Ölkəpress.com xəbər verir ki, T. Allahyarov ATV-nin canlı yayımlanan “Bizimləsən” proqramında iştirak edib. Veriliş zamanı T. Allahyarovun həyat yoldaşına göndərdiyi video görüntülər yayımlanıb. Görüntülərdə T. Allahyarovun 4 yaşlı Məryəmin boğazına məftil keçirərək arvadına evə qayıtmayacağı təqdirdə uşağı öldürəcəyi ilə bağlı hədələr görüntülənib.
Bu görüntülərdən sonra Xəzər rayon Polis İdarəsinun əməkdaşları studiyaya gələrək T. Allahyarovu saxlayıblar.

Qeyd edək ki, yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

4 yaşlı M. Hüseynlinin qonşusu 1990-cı il təvəllüdlü Mehman Mansurov tərəfindən döyülərək öldürüldüyü, daha sonra quyuya atıldığı iddia edilir.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi