olkepress.com
olkepress.com

Bakıda yarım milyonluq mənimsəmə -

25-10-2024, 17:16

Bakıda yarım milyonluq mənimsəmə -

Bakıda fəaliyyət göstərən “Hodin Tour” turizm şirkətinin sahibi 1979-cu il təvəllüdlü Musa İsmayılov həbs edilib.

Olkepress.com KONKRET.az-a istinadla xəbər verir ki, M.İsmayılov barəsində İraq vətəndaşının şikayəti əsasında Cinayət Məcəlləsinin 178.4-cü (Xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Müəyyən edilib ki, Musa İsmayılov bir neçə il əvvəl Bakıda qonaq olan İraq vətəndaşı Mohammedlə tanış olub. Onlar birgə iş qurmaq qərarına gəliblər və Musa ona iritutumlu avtobus alaraq birgə turizm işinə baş vurmağı təkif edib. Bu adla o, əcnəbi vətəndaşdan 318 000 ABŞ dolları, yəni 520 200 manat məbləğində pulu hissə-hissə alıb. Lakin daha sonra Musa işin alınmadığını bildirib və İraq vətəndaşının pullarını geri qaytarmayıb.

Cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. Məhkəmənin hökmü ilə Musa İsmayılov 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi