olkepress.com
olkepress.com

Qubada şagirdlərin natiqlik və təqdimat bacarıqlarının inkişafı ilə bağlı təlimlər keçirilib

18-01-2024, 10:00

Qubada şagirdlərin natiqlik və təqdimat bacarıqlarının inkişafı ilə bağlı təlimlər keçirilibQubada şagirdlərin natiqlik və təqdimat bacarıqlarının inkişafı ilə bağlı təlimlər keçirilib. Şagirdlər arasında özünü düzgün ifadə edə bilmək, auditoriya qarşısında nitq söyləmək, müxtəlif mövzularda tədqiqat aparmaq və təqdimat edə bilmək bacarıqlarının inkişafı məqsədi ilə Quba məktəbliləri arasında yeni layihənini icrasına başlanılıb.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi Quba rayonu Talabıqışlaq kənd tam orta məktəbinin müəllimi Nərgiz Mahmudova tərəfindən icra edilən “Orator” səyyar natiqlik dərnəyi” layihəsinin ilk təlimləri Quba rayonunun Talabıqışlaq kənd tam orta məktəbində təşkil edilib. Təlimlərə Quba rayonu Talabıqışlaq kənd tam orta məktəbi və Quba rayonu Küçeyi kənd ümumi orta məktəbində təhsil alan 15 nəfər 7-9-cu sinif şagirdləri cəlb edilib.

Tədbirdə çıxış edən layihə rəhbəri Nərgiz Mahmudova layihənin şagirdlər üçün əhəmiyyətli olduğunu bildirib, bu kimi layihələrin gənc nəslin inkişafında müstəsna rol oynadığını qeyd edib.

Təlimçi Ülvi Məmmədov tərəfindən şagrdlərə “İctimai natiqlik”, “Təqdimat bacarıqları”, “Debat və onun prinsipləri”, “Bədən dili və kütlə qarşısında çıxış” mövzularında təlimlər keçirilib.

Təlimin yekununda iştirakçılar sürtifikatlarla təltif olunublar.

Qeyd edək ki, layihə çərçivəsində Quba rayonunun daha 9 kənd ərazisində yerləşən məktəblərdə ümumilikdə, 150 nəfər şagirdi əhatə edəcək təlimlər təşkil olunacaqdır.

Təlimlərdən sonra şagirdlər “Sosial şəbəkələr təhsilin inkişafına müsbət təsir göstərir” mövzusunda “Ən yaxşı təqdimat” müsabiqəsində iştirak edəcəklər. Müsabiqənin yekununda münsiflər heyyətinin qərarı ilə ən uğurlu təqdimat müəllifləri layihə çərçivəsində diplom, medal, kubok və kitab hədiyyələri ilə təltif olunacaqdır.

Layihə 2024-cü ilin 15 aprel tarixinə qədər davam edəcəkdir.
Qubada şagirdlərin natiqlik və təqdimat bacarıqlarının inkişafı ilə bağlı təlimlər keçirilib
Qubada şagirdlərin natiqlik və təqdimat bacarıqlarının inkişafı ilə bağlı təlimlər keçirilib
Qubada şagirdlərin natiqlik və təqdimat bacarıqlarının inkişafı ilə bağlı təlimlər keçirilib
Qubada şagirdlərin natiqlik və təqdimat bacarıqlarının inkişafı ilə bağlı təlimlər keçirilib


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi