4-5 noyabr 2023-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin bir qrup əməkdaşı 8 noyabr – Zəfər Günü münasibətilə “Xarı bülbül” zirvəsinə yürüş ediblər.
Bu
barədə FHN məlumat yayıb.
Bildirilib ki, dəniz səviyyəsindən 2783 metr yüksəklikdə, Böyük Qafqaz sıra dağlarının Bazardüzü massivində yerləşən “Xarı bülbül” zirvəsinə qalxan əməkdaşlar burada Azərbaycanın Dövlət Bayrağı ilə bərabər Fövqəladə Hallar Nazirliyinin rəmzi olan bayrağı dalğalandıraraq, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.