olkepress.com
olkepress.com

3 baş atı kəsərək ətini Bakıda satmaq istəyən şəxslər saxlanılıb

11-09-2023, 09:58

3 baş atı kəsərək ətini Bakıda satmaq istəyən şəxslər saxlanılıb3 baş atı kəsərək ətini Bakıda satmaq istəyən şəxslər saxlanılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Lənkəran-Astara regional bölməsinə Cəlilabad rayon Təzəkənd kəndində heyvandarlıq təsərrüfatında qanunsuz olaraq at ətinin istehsalı ilə bağlı məlumat daxil olub. Məlumat əsasında agentlik DİN-nin Cəlilabad Rayon Polis Şöbəsi ilə birgə sözügedən ünvana baxış keçirib. Fakt öz təsdiqini tapıb. Heyvandarlıq təsərrüfatında təxmini çəkisi 600 kq olan 3 baş atın antisanitar şəraitdə kəsilərək paketlərə yığılmaq üçün hazırlandığı aşkar edilib. Ət müsadirə edilərək götürülüb. Özlərini ferma nəzarətçisi qismində təqdim edən iki qardaş, fiziki şəxslər Toybəyi Fikrət oğlu Gözəlov, Qüdrət Fikrət oğlu Gözəlov və at ətini kəsərək satacağını bildirən Samir Ziyafət oğlu Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, kəsilən at ətindən nümunə götürülərək müayinə olunması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təhvil verilib. Agentlik rayon polis şöbəsi əməkdaşları ilə bu istiqamətdə tədbirlərini davam etdirir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi