olkepress.com
olkepress.com

Quba sakini torpağının başqasına satıldığını deyir - VİDEO

22-09-2022, 10:02

Quba sakini torpağının başqasına satıldığını deyir - VİDEO

Quba sakini torpağının əlindən aldığını iddia edir.

Ölkəpress.com bildirir ki, Quba şəhər sakini Gülyaz Məmmədova Belediyye.net-ə müracət edərək torpaq sahəsinin əlindən alındığını, probleminin işıqlandırılmasını xahiş edir.

Şəhərin Cəfər Cabbarlı küçəsində yaşayan vətəndaş deyir ki, 1994-cü ildə o zaman mövcud olan Xalq Deputatlar Sovetinin qərarı ilə 100 kv-metr ərazi kənd təsərrüfatı məhsullarının yetişdirilməsi məqsədi ilə ailəyə verilib.

Sözügedən torpaq sahəsi uzun illər onların istifadəsində olub. Şikayətçi burada mövcud olan yaşıllığı da özü saldığını, bir müddət öncə sözügedən ərazidə başqa bir vətəndaş tərəfindən tikinti işlərinə başlanıldığını deyir. Sakin iddia edir ki, torpaq sahəsi onun xəbəri olmadan bələdiyyə tərəfindən başqa vətəndaşa satılıb.

Gülyaz Məmmədova topağın həmin şəxsdən alınaraq yenidən onun ixtiyarına verilməsini istəyir.

Quba şəhər bələdiyyəsinə üz tutduq. Qurumdan bildirildi ki, torpaq sahəsi bu yaxınlarda deyil, düz 17 il öncə başqa bir vətəndaşın mülkiyyətinə verilib. Həmin vətəndaşın isə indi ərazisində tikinti işlərinə başlaması mübahisəyə səbəb olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi