olkepress.com
olkepress.com

Etirazçılar Eldar Mahmudovun Nardarandakı villasının qarşısına toplaşdılar - FOTO

2-09-2022, 15:18

Etirazçılar Eldar Mahmudovun Nardarandakı villasının qarşısına toplaşdılar - FOTO

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun Nardarandakı villasının qarşısında etiraz aksiyası keçirilib.

"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fotolar paylaşılıb. Etirazçılar MTN tərəfindən saxta ittihamlarla qanunsuz həbs olunduqlarını, yaxınlarından külli miqdarda pul alınandan sonra həbsdən buraxıldıqlarını deyiblər.
Onlar əllərində “Təhdidlə ailələrimizdən aldığınız pulları qaytarın!”, “Azərbaycan dövlətinə güc göstərməyin, pullarımızı qaytarın!”, “Bizə qarşı cinayətinizi qiyamət də örtməz!” yazılmış plakatlar qaldırıblar.
Aksiya iştirakçıları Eldar Mahmudovun, sabiq Baş prokuror Zakir Qaralov və onun birinci müavini Rüstəm Usubovun məsuliyyətə cəlb olunmasını istəyiblər.

Etirazçılar Eldar Mahmudovun Nardarandakı villasının qarşısına toplaşdılar - FOTO


Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi