olkepress.com
olkepress.com

Azərbaycanda benzin və dizel istehsalı AZALIB

12-08-2022, 14:50

Azərbaycanda benzin və dizel istehsalı AZALIB

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 167,3 mln. manat olmaqla, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 11,6% azalıb.

Dövlət Statistika Komitəsindən Xalqxeber.az a verilən məlumata görə, hesabat dövründə yanacaq mazutunun istehsalı 2,6 dəfə, neft bitumunun istehsalı 15,8% artıb.
Məlumata görə, yanvar-iyul aylarında avtomobil benzininin istehsalı 6,4%, dizel yanacağının istehsalı 26,2%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 31,6%, neft koksunun istehsalı 36,8%, sürtkü yağlarının istehsalı isə 37,8% azalıb.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Qeyd edək ki, bu ilin aprel-may aylarında NEZ-in planlaşdırılmış profilaktik işlərinin aparılması üçün müvəqqəti olaraq dayandırılmışdı.
Azərbaycanda neft məhsullarının dinamikası:
Məhsul növləri Yanvar-iyul 2022-ci il İllik müqayisə, %
Avtomobil benzini, min ton 646,2 93,6
Neft-kimya sənayesində istifadə üçün benzin, min ton 169,1 68,4
Ağ neft, min ton 309,2 106,1
Dizel yanacağı, min ton 1 076,7 73,8
Yanacaq mazutu, min ton 66,4 2,6 dəfə
Sürtkü yağları, min ton 21,7 62,2
Neft bitumu, min ton 228,2 115,8
Neft koksu, min ton 97,2 63,2

Ölkepress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi