olkepress.com
olkepress.com

Qoşqar Təhməzlinin Tovuzda MÜBARƏK KADR İSLAHATI...

8-08-2022, 15:57

Qoşqar Təhməzlinin Tovuzda MÜBARƏK KADR İSLAHATI...

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Tovuz Regional Şöbəsinə yeni təyinat alan rəisi sektor müdiri arasında qalmaqal yaranıb.

Ölkepress.com dünyanınsəsi.az-a istinadla xəbər verir ki, Sənan Əsgərli tutduğu vəzifədən azad edilib, onun əvəzinə Abdullazadə Hüseyn bu vıəzifəyə təyinat alıb.
Məlumat üçün qeyd edək ki, yeni rəisi bölmədə çalışan bütün əməkdaşları “dar ağacı”na çəkir.Hər kəsdən tələb edir ki, sabiq müdir AQTA-nın Tovuz bölməsinin ərazilərinə daxil olan rayonlarda hansı obyektlərdən pul yığır.Əksər işçilər yeni rəisin bu tələbi ilə razlaşıb.Amma, idxal-ixraca nəzarət sektorunun baş məsləhətçisi İlyasov Kamran Famil oğlu etiraz etdiyindən onu tutduğu vəzifədən uzaqlaşdırıb.
Sektor müdirinin atası Famil İlyasov bu aybəcərliklə bağlı AQTA-nın rəhbərliyindən Tovuzda baş verən hadisələri nəzarətə götürülməsini xahiş edir.
Qeyd edək ki, H.Abdullazadə buraxmış olduğu nöqsanlara görə bundan əvvəl AQTA-nın Gəncə Regional Şöbəsinin rəisi vəzifəsindən uzaqlaşdırılmışdır.
Səsləndirilən İddia ilə bağlı qarşı tərəfin mövqeyini dərc edə bilərik.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi