olkepress.com
olkepress.com

AZAL indi də naxçıvanalılarla məzələnir

2-08-2022, 10:06

AZAL indi də naxçıvanalılarla məzələnir

Naxçıvan-Bakı-Naxçıvan istiqaməti üzrə uçan təyyarələrə biletlərin onlayn alınmasında problemlər yaranıb.

Ölkepress.com xəbər verir ki, yerli sakinlərin "Gündəlik Naxçıvan"a bildirdiyinə görə, sistemdə biletin olduğu görünsə də, onu almaq mümkün olmur.
Təcili Bakıya uçmaq istəyən Ordubad rayon sakini Murad Həsənov deyir ki, internetdə bilet olduğunu görəndə sevinib. Lakin, onu almaq mümkün olmayıb:
"Bakıya və əks istiqamətə gedib-gələcəyim gün üçün onlayn bilet almaq üçün Azalın saytında sistemə girdim. Hər ikiistiqamətə istədiyim günlərə bilet olduğu görünürdü Onlayn ödəniş edib almaq istədim, alınmadı. Düşündüm ki, ola bilsin sistemdə hansısa problem yaranar. Bir gün sonra da fərqli vaxtlarda yoxladım, alınmadı ki, alınmadı.”
Şahbuz rayon sakini Qabil Abbasov deyir ki, onlayn bilet almaq mümkün olmadığından, kassaların qarşısında yenidən növbələr yaranıb:
"Bilet almaq bəzən günlər aparır. Saatlarla növbələrdə dayanmalı, ya da işbazlarla əlaqəyə qiymətindən artığına almalısan".
İyunun axırlarında AZAL Naxçıvana biletlərin onlayn qaydada da satışına başladıqlarını bildirmişdi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi