olkepress.com
olkepress.com

Dələduzluğa görə məhkəməyə verilən sabiq tikinti şöbəsinin müdiri vəzifəyə təyin edilib

27-07-2022, 14:21

Dələduzluğa görə məhkəməyə verilən sabiq tikinti şöbəsinin müdiri vəzifəyə təyin edilib

Sumqayıt şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Sumqayıt Bulvar İdarəsinə direktor müavini təyin edilib.

Xalqxəbər.az-ın əldə etdiyi məlumata görə yeni direktor müavini Sumqayıt şəhər icra başçısı Zakir Fərəcovun həmyerlisi və yaxın adamı Seymur Məmmədovdur.

Seymur Məmmədovun adı ölkə mətbuatına heç də yad isim deyil. Belə ki, onun vaxtı ilə Abşeron rayon Memarlıq-tikinti şöbəsinin müdiri vəzifəsində işləyərkən Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılması ilə bağlı mətbuatda xəbər yayılmışdı. Ancaq həmin vaxt Seymur Məmmədov icra başçısı Zakir Fərəcov tərəfindən həbsdən xilas edilmişdi.

Qeyd edək ki, iki ay öncə ölkə mətbuatında yayılan digər xəbərdə bildirilirdi ki, tikinti şöbəsinin keçmiş rəisi Seymur Məmmədov dələduzluğa görə məhkəməyə verilib. Bakı Apellyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi keçirilən presesdə Seymur Məmmədov və ortağı Çingiz Təhməzov Cinayət Məcəlləsinin 178.3.2 maddələri ilə təqsirləndirilir. Zərərçəkmiş şəxslər isə Abşeron rayonu Saray Bələdiyyəsi və vətəndaşlar Elşən Rəhmanlı ilə Elmir Şəmiyevdir.

Xalqxəbər.az-a daxil olan məlumatda bildirilir ki, Seymur Məmmədov həmyerlisi Zakir Fərəcovun köməkliyi ilə Bakı Apellyasiya Məhkəməsindəki məhkəmə prosesini “yoluna qoyub”.

Dələduzluq maddəsi ilə ittiham edilən keçmiş tikinti şöbəsinin müdirinə hətta yeni vəzifədə verilib.
Aldğımız məlumata görə, Seymur Məmmədov Zakir Fərəcovun göstərişi ilə Sumqayıt Bulvar İdarəsinin direktor müavini təyin edilib. Hazırda Sumqayıt Bulvar İdarəsində bütün işlərə Seymur Məmmədovun nəzarət etdiyi bildirilir. Hətta onun yaxın aylarda İdarənin direktoru olacağı da deyilir.

Olkepress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi