olkepress.com
olkepress.com

Azərbaycanda bu mallar da bahalaşdı - VİDEO

20-04-2022, 10:54

Azərbaycanda bu mallar da bahalaşdı - VİDEO

Bakının tikinti materialları, xüsusən taxta bazarında qiymətlər yüksəlib.

Qafqaz.media xəbər verir ki, "Xəzər" TV bu barədə süjet hazırlayıb.

Həm pandemiya, həm də Rusiya-Ukrayna müharibəsi bu sahəyə də təsirsiz ötüşməyib.

Sahibkarların sözlərinə görə, son bir ay ərzində Azərbaycana Rusiyadan idxal edilən taxta materiallarının həcmi dəfələrlə azalıb. Bu isə qiymətlərin yüksəlməsinə səbəb olub.

Qeyd edək ki, Rusiyaya tətbiq edilən sanksiyalar fonunda Belarus taxta materiallarının ixracı üçün yeni bazarlar axtarışındadır. Azərbaycan bu baxımdan önə çıxa biləcək ölkələrdən ola bilər. Sahibkarlar deyirlər ki, ölkəmizə Belarusdan da az həcmdə taxta materialları idxal edilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi