olkepress.com
olkepress.com

Sabah duman və bəzi ərazilərdə 28 dərəcə isti olacaq

11-04-2022, 13:48

Sabah duman və bəzi ərazilərdə 28 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında aprelin 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə duman olacaq.

Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-11°, gündüz 15-20°, Bakıda gecə 9-11°, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 748 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13°, gündüz 23-28°, dağlarda gecə 5-10°, gündüz 12-17° isti olacaq.

Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi