olkepress.com
olkepress.com

Heydər Babayevlə bağlı ilginc fakt - FOTO

11-04-2022, 10:54

Heydər Babayevlə bağlı ilginc fakt - FOTO

"Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva ABŞ-da Vaşinqton ətrafındakı 4609 CHARLESTON TER ünvanındakı villasını 2020-ci ilin mayında 1 milyon 860 min dollara satıb".

DİA.AZ xəbər verir ki, bu faktı tanınmış araşdırmaçı-jurnalist Cavanşir Həsənli açıqlayıb.

Daha sonra jurnalist qeyd edir: "Villa 2008-ci ilin iyununda Kolumbiya ştatında keçmiş nazirin həyat yoldaşının təsis etdiyi ALIYA BABAYEVA L.L.C. üzərindən alınıb. Şirkət 2011-ci ildə ləğv edilsə də əmlak iki il əvvəl satılıb. Satışın səbəbi məlum deyil. Onun yeni sahibi amerikalı vəkil DECKELBAUM DAVID və THE CHARLESTON REVOCABLE TRUST-dir.
Sabiq nazirin 2011-ci ildə Lüksemburq da həyat yoldaşının adına MERCURY EUROPE HOLDINGS əmlak şirkəti təsis etdiyi məlumdur.
Heydər Babayev 1999-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri, 2005-2008-ci illərdə İqtisadi İnkişaf Nazirliyi vəzifəsində çalışıb. WİKİLEAKS sənədlərinə görə 2006-cı ildə səfir Rino Harniş tərəfindən göndərilmiş məxfi teleqramda Heydər Babayev ABŞ-ın adamı kimi xarakterizə edilmişdi".

Faktla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Heydər Babayevlə bağlı ilginc fakt - FOTO


Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi