olkepress.com
olkepress.com

DİN rəsmisindən "Axı mən filankəsəm" deyib, qayda pozanlara ETİRAZ

6-04-2022, 13:32

DİN rəsmisindən "Axı mən filankəsəm" deyib, qayda pozanlara ETİRAZ

Daxili İşlər Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev özünü toxunulmaz hesab edərək polisin qanuni əmrinə tabe olmaq istəməyən şəxslərə etirazını bildirib.

Modern.az-ın məlumatına görə, DİN rəsmisi bu barədə sosial şəbəkə hesabında bildirib.
"Postmodernizm budur? Yeni dəb düşüb, başqa formada. Bəziləri özlərini sanki toxunulmaz elan edib. Qayda pozuntusuna görə polisin qanuni tədbir görməsindən qeyzlənib sosial şəbəkələrdə post, yaxud rəylər yazırlar. Hətta müraciətlər edilir ki, şəxsi avtomobilləri "xüsusi" işarələnməli, həmin avtomobillərə "xüsusi təyinatlı buraxılış" verilməlidir ki, polis onları dayandırmasın, radara düşməsinlər. İzah edir ki, "axı, mən filankəsəm..".

Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi