olkepress.com
olkepress.com

Rusiyada şəkər ixracı qadağan edilən kimi Azərbaycanda qiymət qalxdı...

29-03-2022, 11:59

Rusiyada şəkər ixracı qadağan edilən kimi Azərbaycanda qiymət qalxdı...

Altay İsmayılov: “Azərbaycana Rusiyadan şəkər idxalında fərqli mənzərə yaşanır”

Məlum olduğu kimi, Rusiya taxıl və şəkərin ixracına qadağa qoyub. Bu qadağa tətbiq edildiyi gündən etibarən Azərbaycan bazarına da təsir edəcəyi ilə bağlı müzakirələr aparılırdı. Son günlər bazarda şəkərin qiymətində artım müşahidə olunur. Market və dükanlarda şəkərin qiymətində bir həftə əvvəllə müqayisədə artım olduğu müşahidə olunur.

Qeyd edək ki, BMT qlobal bazarda qiymət artımlarının davam edəcəyini bəyan edib. Təşkilatın hesablamalarına görə, dünya bazarında ərzaq məhsullarının qiymətləri növündən asılı olaraq ən azı 8-22 faiz intervalında yüksələcək.

Ekspertlər hesab edir ki, qiymət artımının qarşısını almaq üçün başqa bazarlara müraciət edilməlidir. Şəkər bazarı geniş bazardır və xeyli sayda alternativ tədarük istiqamətləri mövcuddur.

“Bu qadağa hələlik Avrasiya İttifaqı ölkələrinə şamil edildiyindən, Azərbaycanda yaxın günlərdə şəkərin qiymətində artım gözlənilmir, ancaq…”

İqtisadçı-ekspert Altay İsmayılov bildirdi ki, Rusiya rəsmilərinin açıqlamalarına görə, bu qadağa Avrasiya İttifaqı ölkələrinə tətbiq ediləcək.

Ekspertin sözlərinə görə, buna rəğmən, indidən dünya taxıl və şəkər bazarında mənfi təsirləri görmək mümkündür. Bu təsirlər zaman keçdikcə dünya bazarında taxıl və şəkər qıtlığına səbəb ola bilər.

Iqtisadçının sözlərinə görə, Azərbaycan Rusiyadan əhəmiyyətli miqdarda taxıl idxal edir, şəkər idxalında isə fərqli mənzərə yaşanır: “Bu qadağalar hələlik Avrasiya İttifaqı ölkələrinə şamil edildiyindən, Azərbaycanda yaxın günlərdə şəkərin qiymətində artım gözlənilmir. Ancaq gün keçdikcə vəziyyət dəyişilə bilər. Ölkəmizdə bu məhsulların qiymətində artım olmaması üçün müəyyən qabaqlayıcı tədbirlər görülməlidir”.
(bakixeber)

Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi