olkepress.com
olkepress.com

"AVROMED COMPANY" MMC milyonları XIRID EDİR - BU DA FAKT!!!

25-03-2022, 11:14

"AVROMED COMPANY" MMC milyonları XIRID EDİR - BU DA FAKT!!!

İcbari Tibbi Sığorta Agentliyi Şəkərli Diabet dövlət Proqramı” üzrə inyeksion şəkərsalıcı və hipoqlikemik dərman vasitələrinin satın alınması.üzrə tenderin qalibini açıqlayıb. Qalibin adını eşitdikdə isə heç də təccəbülənmədik.

DİA.AZ xəbər verir ki, 42 915 538 manatlıq tenderin qalibi "AVROMED COMPANY" QSC olub.

Tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.

Xatırladaq ki, bundan əvvəl "AVROMED COMPANY" MMC İcbari Tibbi Sığorta Agentliyinin Hemofiliya xəstəliyi ilə mübarizə tədbirləri çərçivəsində dərman vasitələrinin satın alınması üzrə 12 milyon 80 min 269 manatlıq tenderini qazanıb.

Onu da bildirək ki, "AVROMED COMPANY" MMC deputat Cavanşir Feyziyevə aiddir. Doğrudur, hörmətli deputatımız bununla bağlı açıqlama verərək, iddia olunanlarla təkzib edib. Necə ki, zamanında törətdiyi avtoqəzanı da inkar etdi, əvəzində yaxın adamlarından birinin adı həbsə yazıldı.

Onu da xatırladaq ki, Cavanşir Feyziyevin adı həm də Londonda mıılum məhkəmə qalmaqalında da hallanmışdı. Bundan sonra isə, Cavanşir müəllim pullarına həbs qoyanları yox, bu haqda informasiya verən ölkənin nüfuzlu media nümyəndələrini hədəfinə çevirmişdi.

Və hələ də təhqir etdiyi, aşağıladığı jurnalistlərdən üzr istəməyən Feyziyevlə bağlı hansısa ölçü götürülmür. Əksinə, ona dövlət qurumlarının əlavə milyonları da həvalə olunur...

İddia olunanlarla bağlı Cavanşir Feyziyevin münasibətini işıqlandırmağa hazırıq... Əgər istəsə...

Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi