olkepress.com
olkepress.com

“Tenderlər kralı” Hacı Ramazanın oğlu qəzaya düşdü - VİDEO

25-03-2022, 11:09

“Tenderlər kralı” Hacı Ramazanın oğlu qəzaya düşdü - VİDEO

Yağmurlu hava rayonların birində yol qəzası ilə nəticələnib.

Ōlkəpress.com xəbər verir ki, bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə “Ford Mustang” markalı avtomobil qəzaya uğrayıb. Yolların sürüşkən olması səbəbindən 44-BB-044 markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarında dərəyə düşüb. “Mustang” kran vasitəsilə düşdüyü yerdən çıxarılıb və masının dərədən çıxarılma görüntüləri sosial şəbəkədə paylaşılıb.

Qeyd edək ki, adının çəkilməsini istəməyən şəxsin cumhuriyyet.az-a bildirdiyinə görə avtobili idarə edən tenderlər kralı kimi tanınan Hacı Ramazan Mirzəyevin oglu olub. Əslən Masallıdan olan Ramazan Mirzəyev Bakı Şəhər İcra Hakimiyyətində “tenderlər kralı” kimi tanınır. Belə ki, uzun müddətdir paytaxt meriyasının keçirdiyi bütün tenderlərin qalibi məhz Ramazan Mirzəyevin şirkətləri olub. Deyilənə görə, R.Mirzəyev tender əməliyyatlarından qazandığı 100 milyonlarla pulu ölkədən çıxardaraq Türkiyədə elektrik avadanlığı zavoduda inşa edib. Həmin zavoda onun oğlu,Türkiyədə yaşayan Nicat Mirzəyev rəhbərlik edir. Həmçinin, N.Mirzəyevin Türkiyənin Zeytunburnu adlanan ərazisində 2 milyon dollara malikanə aldığı deyilir.

Hacı Ramazan Mirzəyevin keçmiş MTN-nin işçisi olmuş kürəkəni Vüsal Xəlilova Həsən Əliyev küçəsində (keçmiş İnqilab küçəsi) yerləşən “Kontakt Home” mağazasının və “Emiliana Parati” oboy evinin binasını hədiyyə etdiyi deyilir. Bu haqda mətbuat geniş xəbərlər yayıb. Bütün bu iddialara isə R.Mirzəyev tərəfindən heç bir açıqlama verilməyib. Onun fikirlərini ətraflı şəkildə işıqlandırmağa, ona yönəlik ittihamlara aydınlıq gətirməsinə cavab haqq verməyə hazırıq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi