olkepress.com
olkepress.com

Akif Çovdarovdan şikayətçi olan biznesmen axtarışa verildi

11-03-2022, 19:22

Akif Çovdarovdan şikayətçi olan biznesmen axtarışa verildi

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə rəisi, general-mayor Akif Çovdarovun cinayət işində adı keçən biznesmen axtarışa verilib.

Ōlkəpress.com Lent.az-a istinadla xəbər verir ki, Ədilov Qədim Ədil oğlu Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir.

Çoxsaylı vətəndaş şikayətləri əsasında Q.Ədilov barəsində cinayət işi başlanıb. İstintaqdan yayındığı üçün onun barəsində axtarış elan edilib.

Hazırda Q. Ədilovun tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Qeyd edək ki, Q. Ədilovun adı Akif Çovdarovun cinayət işində keçib. Tikinti materialları, taxta-şalban biznesi ilə məşğul olan Q. Ədilov Akif Çovdarovdan şikayətçi olub.

Həmin hadisələrdən bir neçə il sonra, 2019-cu ildə Q. Ədilov dələduzluq ittihamı ilə həbs edilib. Onun 17 nəfərə qarşı 2 milyon manatlıq dələduzluq etdiyi iddia olunur.

Həbs edildikdən bir neçə ay sonra azadlığa buraxılan Q.Ədilov istintaqdan yayınaraq ölkəni tərk edib.

Hazırda onun Rusiyada olduğu bildirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi