olkepress.com
olkepress.com

Çörəyin qiyməti yenidən bahalaşa bilərmi?

10-03-2022, 20:14

Çörəyin qiyməti yenidən bahalaşa bilərmi?

"Belə fikirlər var ki, guya, çörəyin qiyməti yenidən artacaq. Ötən gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə əlaqə saxladım, bildirildi ki, belə bir məsələ yoxdur. Xidmət tərəfindən monitorinqlər keçirilir".

Bunu Xalqxeber.az açıqlamasında deputat Vahid Əhmədov deyib. Taxılın idxalı məsələsinə gəlincə, deputat bildirib ki, taxıl bir çox ölkədə satılır:

"Pakistan kifayət qədər taxıl ixrac edir. Qazaxıstanla müqaviləmiz var ki, bu ölkədə taxıl problemi yoxdur. Oradan idxal edirik. Bu, bizim daxili bazara təsir etməli deyil. Çörəyin qiyməti yeni qalxıb. Taxılı istənilən ölkədən alıb gətirmək olar. Vaxt var idi, uzaq Latın Amerikası ölkələrindən taxıl alırdıq. Əsas odur ki, vəsait var. Bu baxımdan bizim ölkədə taxılda problem yaranmamalıdır. Dövlət Ehtiyatlar Agentliyi taxıl ehtiyatı ilə ciddi məşğul olur. Yaxın zamanlarda qiymət artımlarının olacağını gözləmirəm. Rusiya ilə bağlı sanksiyalar uzunmüddətli olarsa, müəyyən problemlər yarana bilər".

Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi