olkepress.com
olkepress.com

Martın ilk gününə olan hava proqnozu açıqlanıb

28-02-2022, 13:21

Martın ilk gününə olan hava proqnozu açıqlanıb

Mart ayının ilk gününə olan hava proqnozu açıqlanıb.

Ükologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman, çiskin. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 7-9°, gündüz 10-14° isti olacaq. Bakıda gecə 7-9°, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi 766 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında martın 1-i hava əsasən yağmursuz olacaq, lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8°, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi