olkepress.com
olkepress.com

Nazirə məxsus şirkət xaricə pul çıxarıb?

14-02-2022, 10:38

Nazirə məxsus şirkət xaricə pul çıxarıb?

Azərbaycandan xaricə pul köçürmələri həyata keçirən “Gilan ənd Knauf” MMC-ə məhkəməyə verilib.

Ölkəpress.com xəbər verir ki, buna səbəb şirkətin xaricə valyuta çıxarıb lazımi müddət ərzində əvəzində heç bir mal idxal etməməsi və ya xidmət göstərməməsidir.

Şikrət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə cərimə protokolu yazılıb.

“Gilan ənd Knauf” MMC barəsində protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. İş hakim Elməddin Hüseynovun icraatına verilib.

Nizamnamə kapitalı 26 milyon 373 min 598 ABŞ dollar olan adıçəkilən şirkətin qanuni təmsilçisi Mirzəyev Emin Elman oğludur.

Mətbuatda yayılan və təkzib olunmayan məlumata görə, “Gilan ənd Knauf” MMC fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu iddia olunur.(Bakıvaxtı.az)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi