olkepress.com
olkepress.com

Kəmaləddin Qafarovun şirkəti məhkəməyə verildi -“Azeri Med” gömrük qanunvericiliyini pozub

4-02-2022, 20:09

Kəmaləddin Qafarovun şirkəti məhkəməyə verildi -“Azeri Med” gömrük qanunvericiliyini pozub

Tanınmış tibb firması “Azəri Med” barəsində məhkəmə iddiası qaldırılıb.

Ölkəpress.com-un “Kriminalqafqaz”a istinadən məlumatına görə, işə Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.

Belə ki, şirkət gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir. Gömrükdən keçirilən mallarla bağlı bəyannaməni vaxtında təqdim etməyən “Azəri Med” İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələblərini pozub.

Şirkətdən bildirilib ki, bu nadir halda baş verən bir xətadır. “Azəri Med” rəsmisi problemin daşıma şirkətinin məsuliyyətsizliyi ucbatından irəli gəldiyini iddia edib.

Qeyd edək ki, “Azəri Med” firması Azərbaycanda 170-dən çox apteklər şəbəkəsinə məxsusdur. 2018-ci ildə əczaçılıq fəaliyyəti ilə məşğul olan “Shafran” və “Avestafarm” MMC-lər ləğv edilərək “Azəri Med”ə birləşib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi