olkepress.com
olkepress.com

İşğalçının yanında durmaq çağdaş dünyanın hüquq sisteminə ziddir

7-07-2023, 18:00

İşğalçının yanında durmaq çağdaş dünyanın hüquq sisteminə ziddirRusiya rəsmiləri Ukraynaya erməni əsilli şəxslərdən təşkil olunmuş yeni bir batalyon göndərir. Bu barədə ABŞ Müharibəni Öyrənmə İnstitutu (ISW) Rusiya mənbələrinə istinadən məlumat verib.

Bir ildən artıq müddətdə davam edən, dinc insanların həyatını bitirən, şəhərləri, yaşayış yerlərini viran qoyan Rusiya-Ukrayna müharibəsində ermənilərin işğalçı tərəfi müdafiə etməsi xəbəri təəccüblü deyil. Bu toplum öz məkrli xislətinə, mahiyyətinə uyğun olaraq belə addım atır. I Dünya savaşında Osmanlı Türkiyəsinə öz vətəndaşları olan ermənilər arxadan zərbə vuraraq yüzlərlə dinc insanı qətlə yetirdilər. II Dünya savaşında faşizmin cəza dəstələrində erməni əsilli şəxslər əsir düşən minlərlə insana işgəncə veriblər.

Onu qeyd etmək lazımdır ki, II Dünya müharibəsi zamanı erməni əsilli Njde Hitler Almaniyası ilə əməkdaşlıq etmişdir. O, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agenti cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Sovet Ordusunun arxa cəbhəsinə atılmasında iştirak etmişdir. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak etmışdir. 1942-ci ildə o, SSRİ-yə qarşı döyüşən erməni legionu təşkil edib.

Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur. Bu da onu göstərir ki, erməni ideologiyası Hitler faşizmindən daha qəddar olub. Bu gün faşızmın əlaltıları olan həmin ermənilər Ermənistanda qəhrəman kimi təqdim olunur. Onlara heykəllər ucaldılır. O baxımdan Ukraynada Rusiya tərəfdən vuruşan ermənilərə nə zanansa heykəllər qoyulması təəccüblü görünməz.

Hər bir xalqın strateji mahiyyət kəsb edən maraqları ola bilər. Müşahidələr göstərir ki, ermənilərdə isə hər zaman məkrli maraqlar olub.
Əlqərəz Rusiyanın Ukrayna ərazisində apardığı döyüşlər işğalçılıq müharibəsidir. İşğala, təcavüzə, ədalətsizliyə haqq qazandırmaq mümkünsüzdür. İşğalçının yanında olmaq hətta çağdaş dünyanın hüquq sisteminə ziddir.

Əkrəm Bəydəmirli


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi