ABŞ prezidenti Co Bayden 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib, lakin görüləsi çox işi olduğu üçün kampaniyaya hələ başlamadığını bildirib.
Bizimyol.info xəbər verir ki, o, bu barədə cümə günü "ABC" telekanalına müsahibəsində bildirib.
Baydenin sözlərinə görə, o, növbəti prezident seçkilərində iştirak etmək niyyətindədir: “Ancaq kampaniyaya başlamazdan əvvəl yaxın gələcəkdə tamamlamalı olduğum çox işlərim var", - deyə o vurğulayıb.
Jurnalistin aydınlaşdırıcı sualına Bayden cavabında bildirib ki, prezident seçkilərində iştirak etmək niyyəti ilə bağlı sözlərinə görə məsuliyyət daşıyır: “Ancaq tam miqyaslı kampaniyaya başlamazdan əvvəl tamamlamalı olduğum başqa işlərim var. Seçkidə iştirak etmək fikrimiz dəyişməyib. ", - deyib.
80 yaşlı demokrat Bayden bildirib ki, o, yaşını seçkilərdə iştirak planlarına təsir edə biləcək amil hesab etmir: “Ancaq insanların mənim yaşımı şübhə altına almağa əsasları var. Ancaq mən işləmək qabiliyyətinin tükənmədiyini, dövlətimizin idarə edilməsi kimi məsuliyyətli vəzifə üçün kifayət qədər qüvvəm olduğunu bilirəm. Amerikalıların mənim barəmə necə düşündükləri yəqin ki, seçki kampaniyası zamanı müəyyən ediləcək və nəticələrlə sübut olunacaq. Biz hər kəsin fikir azdlığına hörmətlə yanaşırıq", - deyə o vurğulayıb.
2022-ci ilin noyabrında Respublikaçı keçmiş prezident Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlamışdı. ABŞ-ın hazırkı prezidenti noyabrın 9-da yenidən dövlət başçısı seçilmək üçün mübarizə aparacağını açıqlayıb, lakin yekun qərarı yalnız bu ilin əvvəlində verəcəyi barədə xəbərdarlıq edib.