olkepress.com
olkepress.com

Çin Ukrayna üçün "sülh planını" təqdim edib

24-02-2023, 08:53

Çin Ukrayna üçün "sülh planını" təqdim edib

Çin KP baş katibi Si Tsinpin və Rusiya prezidenti Vladimir Putin
Çin Ukraynada müharibə ilə bağlı “sülh planı” təqdim edib.
Bizimyol.info xəbər verir ki, Pekin müharibəni “Ukrayna böhranı” adlandırır.

Çin Xarici İşlər Nazirliyinin saytında dərc olunan sənəd 12 bənddən ibarətdir:

Bütün ölkələrin suverenliyinə hörmət;

soyuq müharibə zehniyyətindən imtina;

hərbi əməliyyatların dayandırılması;

sülh danışıqlarının bərpası;

humanitar böhranın həlli;

mülki əhalinin və hərbi əsirlərin müdafiəsi;

atom elektrik stansiyalarının təhlükəsizliyinin təmin edilməsi;

strateji risklərin azaldılması;

taxıl ixracının təşviqi;

birtərəfli sanksiyaların dayandırılması;

istehsal və tədarük zəncirlərinin sabitliyinin qorunması;

münaqişədən sonrakı yenidənqurmanın təşviqi.

“Sülh planı”nda, məsələn, atəşkəsə necə nail olmaq barədə dəqiq tövsiyələr yoxdur. Orada yalnız qeyd olunur ki, “bütün tərəflər vəziyyətin tədricən deeskalasiyası və son nəticədə hərtərəfli atəşkəsə nail olmaq üçün eyni istiqamətdə işləmək, birbaşa dialoqu mümkün qədər tez bərpa etmək üçün Rusiya və Ukraynaya dəstək verməlidir”.

Soyuq müharibə təfəkküründən imtina ilə bağlı bənddə isə ÇXR bildirir ki, “ölkənin təhlükəsizliyi başqalarının hesabına təmin edilməməlidir”: “Bütün ölkələrin qanuni təhlükəsizlik maraqları və narahatlıqları ciddi qəbul edilməli və lazımi qaydada nəzərə alınmalıdır. Bütün tərəflər ümumi, hərtərəfli, ortaq, həmçinin davamlı təhlükəsizlik vizyonuna uyğun olaraq bütün dünyada uzunmüddətli sülh və sabitliyi nəzərə alaraq, balanslaşdırılmış, effektiv, davamlı Avropa təhlükəsizlik arxitekturasının yaradılmasına töhfə verməlidirlər”, - sənəddə deyilir.

Pekin Ukraynadakı müharibənin günahını ardıcıl olaraq Rusiyadan Avropa və ABŞ-a atmağa davam edir. Kommunist Çin də BMT-də Rusiyayönlü ritorikanı dəstəkləyir, bu heç bir halda “neytral” deyil.

ÇXR rəsmiləri Münhen Təhlükəsizlik Konfransında “sülh planı” ilə bağlı qeyd-şərt qoyublar. Mərkəzi Komitənin Xarici Əlaqələr İdarəsinin rəhbəri Vanq Yinin sözlərinə görə, Çinin təklifi bütün dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməli olduğunu nəzərə alır.

Buna cavab olaraq Ukrayna prezidenti Vladimir Zelenski qeyd edib ki, o, bu plan barədə eşidib, lakin Kiyev Çindən heç bir rəsmi sənəd almayıb. Fevralın 22-də Vanq Yi Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı ona Pekinin müharibə ilə bağlı mövqeyini bildirib.

Eyni zamanda, Qərb mətbuatı Çinin Rusiya ilə bərabər oynayaraq ikili oyununu davam etdirdiyini vurğulayır. ÇXR-in Putinə öldürücü silah ötürmək niyyəti barədə də şayiələr yayılıb. ABŞ artıq Çinə bu barədə xəbərdarlıq edib.

ABŞ-ın fikrincə, Çin artıq Rusiya hərbçilərinə Ukraynaya qarşı müharibə üçün qeyri-öldürücü hərbi yardım, xüsusən də işğalçılar üçün uniformalar və hətta zirehlər verə bilər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi