olkepress.com
olkepress.com

Ərdoğan: “Təhlükəsizliklə bağlı addımlar atarkən heç kimdən icazə almırıq”

29-11-2022, 08:31

Ərdoğan: “Təhlükəsizliklə bağlı addımlar atarkən heç kimdən icazə almırıq”

Türkiyə terrorun cavabını döyüş meydanında verir.
APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

O qeyd edib ki, Türkiyənin cənub sərhədlərində həyata keçirdiyi əməliyyatlarda bir neçə terrorçu məhv edilib.

Türkiyə liderinin sözlərinə görə, terrorçular buna qarşılıq olaraq çirkin üzünü göstərərək mülki insanları hədəf aldı.

“Vətənimizin, xalqımızın təhlükəsizliyi ilə bağlı addımlar atarkən heç kimdən icazə almırıq və heç kimin qarşısında cavab verməyəcəyik. Türkiyənin təhlükəsizlik zolağını genişləndirməyə yönəlmiş hərbi əməliyyatları heç kəsi narahat etməməlidir”,- deyə Türkiyə Prezidenti əlavə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi