olkepress.com
olkepress.com

Polşadan Rusiya raketlərinin ölkə ərazisinə düşməsi ilə bağlı - İlk rəsmi açıqlama

16-11-2022, 08:38

Polşadan Rusiya raketlərinin ölkə ərazisinə düşməsi ilə bağlı - İlk rəsmi açıqlama

Polşa Xarici İşlər Nazirliyi Rusiya istehsalı olan raketlərin Polşa ərazisinə düşməsi ilə bağlı açıqlama yayıb.

“Qafqazinfo”nun məlumatına görə, açıqlamada qeyd olunur ki, bununla əlaqədar Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev izahat üçün Polşa XİN-ə çağırılıb.

“Noyabrın 15-də bir neçə saat ərzində Rusiya Federasiyasının silahlı birləşmələri tərəfindən Ukraynanın bütün ərazisinin və onun infrastrukturunun kütləvi şəkildə atəşə tutulması müşahidə olunub. Saat 15:40-da Pşevoduv kəndinə Rusiya istehsalı olan raket düşüb. Hadisə nəticəsində iki Polşa vətəndaşı ölüb” – açıqlamada bildirilir.

Qeyd edək ki, bu, Polşa hökumətinin hadisə ilə bağlı ilk rəsmi açıqlamasıdır


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi