olkepress.com
olkepress.com

Prezident üç komissiyanın sədrini dəyişdi - SƏRƏNCAM

28-07-2022, 18:45

Prezident üç komissiyanın sədrini dəyişdi - SƏRƏNCAM

Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibində dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, bundan sonra komissiyaya sədrlik Azərbaycan Respublikası Baş nazirinin birinci müavininə deyil, iqtisadiyyat nazirinə tapşırılıb. Həmçinin, iqtisadiyyat nazirinin müavini komissiyanın üzvləri sırasından çıxarılıb.

Bundan başqa, Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibində də dəyişiklik edilib.

Dövlət başçısının müvafiq sərəncamına əsasən, bundan sonra komissiyaya sədrlik Azərbaycan Respublikası Baş nazirinin birinci müavini deyil, Baş nazirin müavini Əli Əhmədova həvalə edilib.

Eyni zamanda, Prezidentin digər sərəncamı ilə, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibində dəyişiklik edilib.

Dəyişikliyə əsasən, bundan sonra komissiyaya sədrlik Azərbaycan Respublikası Baş nazirinin birinci müavini deyil, Baş nazirin müavini Əli Əhmədova həvalə edilib.

Olkepress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi