olkepress.com
olkepress.com

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

30-08-2022, 19:19

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1677 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 320, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 312, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 890, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 155 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 858 788, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 373 573, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 862 806, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 363 343, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 259 066 nəfər təşkil edir.

Ölkepress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi