olkepress.com
olkepress.com

Sarıkök beyində kök hüceyrələrinin istehsalını 80 faiz artırır

24-08-2022, 17:03

Sarıkök beyində kök hüceyrələrinin istehsalını 80 faiz artırır

İnsan yaşlandıqca beyin tədricən köhnəlir. Bu, qismən kök hüceyrələrinin kifayət qədər istehsal edilmədiyindən baş verir. Lakin demensiya baş verdikdə beyin daha az ixtisaslaşdırılmış hüceyrə istehsal edir ki, bu da yaddaşın itirilməsi kimi problemlərə səbəb olur. Xoşbəxtlikdən, bir ədviyyat kök hüceyrələrinin istehsalını stimullaşdıraraq, bu təsirlərə müqavimət göstərə bilər.

Ağıl zəifliyi beyin funksiyalarının tədricən zəifləməsi ilə xarakterizə olunan bir sıra xəstəliklərə gətirib çıxarır. Bu cür xəstəlikləri olan insanlarda beyində neyronlar zədələnir və məhv olur, bu neyronlar arasında əlaqə isə pozulur, bu da orqan sahələrinin azalmasına gətirib çıxarır. Xoşbəxtlikdən, bəzi sarıkök birləşmələri beyində yeni neyronların artmasına kömək edə bilər.
“Sarıkök kurkumin adlı bioloji aktiv birləşməsi ilə yaxşı tanınır. Kurkumin Altsheymer xəstəliyi olan pasiyentlərdə koqnitiv funksiyaları inkişaf etdirərək, beyinə iltihab əleyhinə vasitə kimi təsir edir. Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, ədviyyatın tərkibində, həmçinin ar-turmeron adlı ikinci bioaktiv birləşmə də var və o, kök hüceyrələrinin sayının çoxalması sayəsində neyrodegenerasiya əleyhinə müdafiəni təmin edə bilir", - deyə həkim-nevroloq Aleksandra Alexina bildirib.

Beyində və onurğa beynində aşkar olunan sinir kök hüceyrələri (SKH) mərkəzi sinir sisteminin müxtəlif növ hüceyrələrinə, misal üçün neyronlara ayrıla bilən xüsusi hüceyrələrdir. Neyronlar təfəkkür üçün həlledici əhəmiyyət kəsb edir, çünki onlar beyin və sinir sisteminin müxtəlif sahələrinə məlumatı ötürür.

Beyin neyron zəncirlərini qurmağa kömək etmək üçün uzun inkişaf dövrü ərzində yeni neyronlar istehsal etməyə meyillidir. Onlar, öz növbəsində, yaddaş üçün həlledici əhəmiyyət kəsb edən beynin müxtəlif sahələri arasında informasiya magistralları kimi hərəkət edir.

Ölkepress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi