olkepress.com
olkepress.com

Dondurulmuş tərəvəzlər bəzən təzədən daha sağlıqlıdır

6-04-2023, 08:32

Dondurulmuş tərəvəzlər bəzən təzədən daha sağlıqlıdır

“Dondurulmuş tərəvəzlər uzun müddət saxlanılan təzə qidalardan daha çox faydalıdır. Ən çox vitamin və minerallar yetişmə anında yığılmış təzə məhsulda olur. Yetişdikdən sonra yığılıb mağazalarda satışa çıxarılana qədər tərəvəzlərin öz xüsusiyyətlərini itirmə vaxtı var”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Gazeta.Ru”ya dietoloq Yuliya Xruleva deyib.

Dietoloqun fikrincə, dondurulmuş qidalar il boyu mövsümü olmayan tərəvəzləri istehlak etmək istəyənlər üçün əla seçimdir.

“Dondurulmuş tərəvəzlər adətən dondurucuda orta hesabla 6-12 ay saxlanılır. İstifadə müddəti konkret məhsul növündən, orijinal istehsal tarixindən, emal üsulundan və saxlama şəraitindən asılıdır. Dondurulmuş tərəvəzlərin təravətini mümkün qədər uzun müddət saxlamağın əsas amili onların sabit temperaturunu təmin etməkdir”, - deyə Yuliya Xruleva əlavə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi