olkepress.com
olkepress.com

Alma digər meyvələrdən daha yaxşı bədəni kolon xərçəngindən qoruyur

28-11-2022, 08:57

Alma digər meyvələrdən daha yaxşı bədəni kolon xərçəngindən qoruyur

Alma digər meyvələrdən daha yaxşı bədəni kolon xərçəngindən qoruyur
Azı bir milyard insanın gündəlik qida rasionuna daxil olan alma çoxumuzun sevimli meyvəsidir. Alma supermeyvə kimi öz reputasiyasını doğruldur. AZƏRTAC xəbər verir ki, amerikalı tədqiqatçılar (Montana Dövlət Universiteti) almanın insan bağırsağı üçün şübhəsiz faydalarını əsaslandırıblar. Belə ki, bu meyvənin otoimmün xəstəliklərdə, xoralarda və kolitdə həzm sistemində iltihaba səbəb olan patogenləri boğduğu sübut edilib. Alma digər meyvələrdən daha yaxşı bədəni kolon (yoğun bağırsaq) xərçəngindən qoruyur.
Heyvanlar üzərində aparılan tədqiqatlar göstərib ki, almanın tərkibində bağırsaqlarda iltihaba səbəb olan hüceyrələrin fəaliyyətini dayandıra bilən antioksidant polifenollar var.
Əslində, polşalı tədqiqatçılar artıq 592 xərçəng xəstəsi və 765 sağlam insanı əhatə edən böyük təcrübə aparıblar. Təcrübə göstərib ki, bir insan gündə bir alma yeyərsə, bağırsaq xərçənginə tutulma ehtimalı əhəmiyyətli dərəcədə azalır.
Alimlər almanın belə xüsusiyyətlərini bu meyvələrin tərkibində çoxlu miqdarda flavonoidlərin - heterosiklik oksigen tərkibli birləşmələrin olması ilə izah edirlər. Onlar antioksidant kimi fəaliyyət göstərir, sərbəst radikalların təsirindən qoruyaraq bununla da şiş hüceyrələrinin əmələ gəlməsinin və çoxalmasının qarşısını alır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi