olkepress.com
olkepress.com

“Mothercare” Rusiyadakı biznesini satdı

24-11-2022, 08:03

“Mothercare” Rusiyadakı biznesini satdı

Geyim distribyutoru və satıcısı “Camilko” şirkəti Rusiyada “Mothercare”, “Victoria's Secret” və digər brendlərin françayzinq hüquqlarına sahib “Monex Trading”in 99,99%-ni alıb.

Şirkətin digər 0,01% isə “Camilko” ilə əlaqəli Kiprdən olan hüquqi şəxs “Losford Trading Ltd”-yə satılıb.

Qeyd edək ki, “Monex Trading” Yaxın Şərqin pərakəndə satış şirkəti “Alshaya Group”a məxsusdur. İyun ayında o, Rusiyada bütün pərakəndə və onlayn mağazaların bağlandığını elan edib.

“Camilko”ya gəlincə o, Rusiyada lüks pərakəndə satış bazarının ən köhnə iştirakçılarından biridir. Şirkətin portfelinə “St-James”, “Salvatore Ferragamo”, “New Balance”, DKNY, “Juicy Couture”, “Timberland” və digər brendlər daxildir. Şirkətin Moskva, Sankt-Peterburq, Yekaterinburq, Soçi və Rostov-na-Donuda 150-dən çox mağazası var.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi