olkepress.com
olkepress.com

Şirkət rəhbəri: "Fərqli tərəfimiz - Xanımların arzu və istəklərini ən mükəmməl şəkildə reallaşdırmaqdır..." - MÜSAHİBƏ

6-11-2022, 15:53

Salam, necəsiniz, Nərgiz xanım?

-Təşəkkür edirəm, yaxşıyam.

Gənc olmağınıza baxmayaraq, çox uğurlu işlər görübsünüz. Bilirik ki, bütün bu işləri görmək olduqca böyük zəhmət tələb edir. Yaratdığınız şirkət qısa zaman ərzində çoxsaylı insanlara xidmət edib.
İstərdim ki, lap başdan danışasınız. Necə oldu öz şirkətinizi yaratmaq qərarına gəldiniz?

Şirkət rəhbəri: "Fərqli tərəfimiz - Xanımların arzu və istəklərini ən mükəmməl şəkildə reallaşdırmaqdır..." - MÜSAHİBƏ

- Geyinməyi və modanı sevirəm və uşaqlıq arzum olub. Gözəl geyinməyə, rəng uyumlarına və kombinlər etməyə uşaq vaxtlarımdan hər zaman diqqət edərdim. Böyüdüyüm zamanda arzum var idi ki, öz işimi qurum. Məktəbdə rəsm dərslərini, xüsusən də digər dərslərdə də şəkil çəkməli olan məqamları çox sevərək və həvəslə edirdim, bir də riyaziyyat ən çox sevdiyim fənndir-hesablamaq. Abituriyent olduğum vaxtlarda Türkiyədə məşhur bir serial yayımlanmağa başladı: “Güllərin Savaşı”. Həmin filmdəki Gülfem Sipahi xarakteri məni bu yola bir az da həvəsləndirdi və modanı araşdırmağa başladım. Getdiyim səyahətlərdə modaya aid kitablar axtarıb, alırdım və oxuyurdum... və daha da həvəslənirdim. Bu sənətin dərinliklərini, incə detallarını, xırdalıqlarını öyrənməyə çalışırdım... daha sonra bu sahə üzrə təhsil almağa qərar verdim. İzmirdə, İstanbulda Moda sahəsi üzrə Moda Tasarımı, Styling, Modelistik, Stilistik, Moda Marka Yönetimi, Photoshop və İllustrator dərslərinə qatıldım və bir çox seminarlarda iştirak etdim. Sonra isə vətənimə qayıdaraq öz işimi qurdum. Xəyallarını qurduğum, arzuları ilə yaşadığım “NARGİS MİRZA” MMC artıq 3 ildən çoxdur ki, fəaliyyətdədir. Bu çox qürurverici bir hissdir.

Əsas işləriniz nədən ibarətdir?

- Fəaliyyət sahəmiz genişdir. Geyim, aksesuar və parfümeriya. Hazır geyim olaraq, sayılı şəkildə kolleksiyalarımız satışda olur və bununla yanaşı, üstünlüyümüz odur ki, xanımlarımızın tapmaqda çətinlik çəkdiyi geyimləri, biz individual şəkildə hazırlayırıq. Biz yalnız yüksək keyfiyyətli materiallardan istifadə edirik və müştərilərimizin arzularını gerçəkləşdiririk. Geyimlə yanaşı, aksesuarların hazırlanması da bizim üçün önəmlidir. Bunlara broşlar, qolbaqlar, saç aksesuarları daxildir. “Xarı Bülbül”, “Buta” broşlarımız və həkimlər üçün hazırladığımız özəl broşlar bir çoxları tərəfindən sevilir və daha çox tanınır.
“Nargis Mirza parfümeriya” şirkəti olaraq dünyaca məhşur ətirlərin online və showroomumuzda satışı vardır. Satış mağazası açmaq da gələcək planlarımızdandır.
Şirkət rəhbəri: "Fərqli tərəfimiz - Xanımların arzu və istəklərini ən mükəmməl şəkildə reallaşdırmaqdır..." - MÜSAHİBƏ

Hal-hazırda satış kanallarınız hansılardır və məhsullarınızı necə əldə etmək olur?

- Məhsullarımızı Zahid Xəlilov 121 ünvanında yerləşən showroomuzdan, instagram üzərindən online şəkildə və həmçinin “Wolt” tətbiqi ilə də əldə edə bilərlər. Tezliklə “umico.az” online mağazasında da bizim mağazamız aktiv olacaq. Bir də bizi seçən müştərilərimizin istəklərini nəzərə alaraq “nargismirza.az” web saytımız yaxın bir zamanda fəaliyyətə başlayacaq. Bütün məhsullarımızla, yeni geyim kolleksiyamızla, aksesuar və ətirlərimizlə sayıtımızdan tezliklə tanış ola biləcəklər.

Şirkətinizin üstünlükləri nədir?

- Geyim, mənim fikrimcə, çox incə sənətdir. Çünki hər birimiz, öz tərzimizə və bədənimizə düzgün yaraşanı və oturanı seçməliyik. Bunun üçün də həmişə individual tikişə ehtiyac olur. Xanımlarımızdan ən çox eşitdiyim “istədiyim modeli tapa bilmirəm”, “uzunluq istədiyim kimi deyildi”, “rəngini sevmədim” və s. kimi şikayətlər çox olur. Bunun üçün də bizim əsas və fərqli tərəfimiz - Xanımların arzu və istəklərini ən mükəmməl şəkildə reallaşdırmaqdır. Bir də bəzi xanımlarımız daha əvvəl yaşadıqları təcrübələrə görə, fərdi geyim tikdirməkdən çəkinirlər. Məhz buna görə demək istəyirəm ki, onlar, sadəcə, bir dəfə geyimlərini bizə həvalə etsələr, fərqi özləri də görəcəklər. “Mükəmməl tikişin, individual qəliblərin, fərqliliklərlə dolu dizayn işinin vəhdətdə olması bizim əsas devizimizdir!”
Şirkət rəhbəri: "Fərqli tərəfimiz - Xanımların arzu və istəklərini ən mükəmməl şəkildə reallaşdırmaqdır..." - MÜSAHİBƏ

Şirkətiniz üçün gələcəkdə hansı planların üzərində işləyirsiniz?

- “NARGIS MIRZA” şirkəti olaraq planlarımız və hədəflərimiz çoxdur. Web sayt açmaq və online satışlar etmək bizim hədəflərimizdən biri idi və çox şadam ki, artıq biz bu yolda addımlayırıq. Bundan sonrakı addımımız isə satış mağazamızı açmaqdır. Bir də bunu qeyd etmək istəyirəm. Bəzən mənə deyirlər: “Çox işləyirsən”. İnsan sevdiyi işi görüb, zövq almağı bacarırsa, ona hər gün istirahətdir. İşimi sevirəm! Biz uğura gedən yolda irəliləyirik. Bir də hər zaman deyirəm: “Bu bir ekip işi!”. Öz komandama təşəkkür edirəm.

Səmimi müsahibə üçün çox sağ olun. Sizə və şirkətinizə uğurlar arzulayıram.

- Mən də Sizə və komandanıza təşəkkür edirəm. Zəhmət çəkdiyiniz üçün çox sağ olun.
Şirkət rəhbəri: "Fərqli tərəfimiz - Xanımların arzu və istəklərini ən mükəmməl şəkildə reallaşdırmaqdır..." - MÜSAHİBƏ
Şirkət rəhbəri: "Fərqli tərəfimiz - Xanımların arzu və istəklərini ən mükəmməl şəkildə reallaşdırmaqdır..." - MÜSAHİBƏ
Şirkət rəhbəri: "Fərqli tərəfimiz - Xanımların arzu və istəklərini ən mükəmməl şəkildə reallaşdırmaqdır..." - MÜSAHİBƏ
Şirkət rəhbəri: "Fərqli tərəfimiz - Xanımların arzu və istəklərini ən mükəmməl şəkildə reallaşdırmaqdır..." - MÜSAHİBƏ
Şirkət rəhbəri: "Fərqli tərəfimiz - Xanımların arzu və istəklərini ən mükəmməl şəkildə reallaşdırmaqdır..." - MÜSAHİBƏ
Şirkət rəhbəri: "Fərqli tərəfimiz - Xanımların arzu və istəklərini ən mükəmməl şəkildə reallaşdırmaqdır..." - MÜSAHİBƏ
Şirkət rəhbəri: "Fərqli tərəfimiz - Xanımların arzu və istəklərini ən mükəmməl şəkildə reallaşdırmaqdır..." - MÜSAHİBƏ
Şirkət rəhbəri: "Fərqli tərəfimiz - Xanımların arzu və istəklərini ən mükəmməl şəkildə reallaşdırmaqdır..." - MÜSAHİBƏ

Amil

Olkepress.com

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi