olkepress.com
olkepress.com

Bakıda daha bir metro stansiyasının tikintisinə başlanacaq

23-11-2022, 08:39

Bakıda daha bir metro stansiyasının tikintisinə başlanacaq

Bakı metropoliteninin Yaşıl xətti üzrə yerləşən, şərti adı Y-15 olan "Həzi Aslanov-2" stansiyasının tikintisi gələn il davam etdiriləcək.

Bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib.

O bildirib ki, hazırda tikinti işləri müvəqqəti dayandırılıb.

"Hazırda "Həzi Aslanov-2" stansiyasında tikinti getmir. Amma stansiyanın böyük bir hissəsi tikilib. Gələn il müəyyən şərtlər daxilində biz stansiyanın tikintisini davam etdirə bilərik. Tikinti üçün Bakı metropoliteninin kifayət qədər imkanları var",-Ə. Osmanov bildirib.


Xatırladaq ki, Bakı metropoliteninin hazırda 26 stansiyası, 1 elektrik deposu və 38,8 kilometr uzunluğunda 3 xətti var.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi