ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,93% azalaraq 1 barelə görə 103 dollar təşkil edib.Olkepress.com xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,29% azalaraq 97,35 dollar olub