olkepress.com
olkepress.com

SOCAR-ın Türkiyədəki törəmə şirkətləri mükafat alıb

24-03-2022, 16:34

SOCAR-ın Türkiyədəki törəmə şirkətləri mükafat alıb

Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkətləri - STAR Neft Emalı Zavodu və “SOCAR Petrol Ticaret” mükafata layiq görülüblər.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, mükafatları İstanbul Kimya Məhsulları İxracatçıları Birliyi təqdim edib. “İxracatın Ulduzları-2021” üzrə “SOCAR Petrol Ticaret” birinci, STAR Neft Emalı Zavodu isə ikinci yeri tutub.

Məlumatda deyilir ki, koronavirus (COVID-19) pandemiyasına baxmayaraq SOCAR-ın Türkiyədəki şirkətləri uğurlu nəticələr əldə edib, istehsal və satışı fasiləsiz davam etdirib, yerli sənayeçilərin ixracını dəstəkləyib.

Xatırladaq ki, SOCAR 2008-ci ildə Türkiyənin “Petkim” neft-kimya kompleksinin səhmlərinin 51%-ni əldə edərək bu ölkədə fəaliyyətə başlayıb.

Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi