olkepress.com
olkepress.com

"Real"dan Ronaldoya böyük hörmətsizlik

6-02-2024, 23:12

"Real"dan Ronaldoya böyük hörmətsizlik

"Əl-Nəssr" klubunun futbolçusu Kriştiano Ronaldonun 39 yaşı tamam olub.
Olkepresss.com Metbuat.az-a istinadən xəbər verir ki, futbolçunun daha əvvəl oynadığı “Sportinq”, “Mançester Yunayted” və “Yuventus” klubları sosial şəbəkələrdə Ronaldonu təbrik ediblər.

Madrid “Real” isə onu ad günü münasibətilə təbrik etməyən yeganə keçmiş klubu olub.

Xatırladaq ki, hücumçu 2009-2017-ci illərdə “Real”da çıxış edərək klub tarixinin bombardiri olub. Madrid komandasının tərkibində dörd dəfə Çempionlar Liqası, iki dəfə İspaniya çempionatı, ölkə kuboku və Superkubok, həmçinin UEFA Superkubokunun qalibi olub. O, həmçinin üç dəfə Klublararası Dünya Çempionatının qalibi olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi