olkepress.com
olkepress.com

Xorvatiya - Mərakeş matçının hakimləri bəlli olub

16-12-2022, 08:31

Xorvatiya - Mərakeş matçının hakimləri bəlli olub

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında oynanılacaq üçüncü yer uğrunda görüşün hakimləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, matçın baş hakimi qətərli Əbdülrəhman Əl-Cassim olacaq. Ona həmyerliləri Taleb Əl-Mari və Səud Əl-Maqali kömək edəcəklər. Dördüncü hakim funksiyasını braziliyalı Rafael Klaus yerinə yetirəcək.
Qeyd edək ki, dekabrın 17-də keçiriləcək Xorvatiya - Mərakeş matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi