olkepress.com
olkepress.com

“Ümid edirəm ki, Fransa bizə hörmət etməz” - Mərakeşin baş məşqçisi

14-12-2022, 08:42

 “Ümid edirəm ki, Fransa bizə hörmət etməz” - Mərakeşin baş məşqçisi

Mərakeş millisinin baş məşqçisi Valid Reqraqi DÇ-2022-nin yarımfinalında qarşılaşacaqları Fransa ilə matçdan öncə fikirlərini bildirib.

“Qafqazinfo” xəbər verir ki, 47 yaşlı mütəxəssis açıqlamasında arzularına yaxınlaşdıqlarını qeyd edib:

“İnsanlar oynadığımız matçlardan sonra yorulduğumuzu düşünməyə başladılar. Dünya çempionatının yarımfinalındasınızsa, yorulmaq olmaz. Biz hələ də daha çox şey əldə etməyə can atırıq. Bir çox güclü komandaları məğlub etdik. Hər matçdan əvvəl insanlar bizi mübarizədən kənarlaşdıracaqlarını düşünürdülər, amma biz hələ də buradayıq. Arzularımıza yaxınlaşırıq və ora çatmaq üçün mübarizə aparacağıq”.

“Biz uğura acıq. Bilmirəm, kifayət edərmi, amma biz Afrikanın dünyanın zirvəsində olmasını istəyirik. Bilirəm ki, biz favorit deyilik, amma özümüzə arxayınıq. Bunun dəlicəsinə olduğunu düşünə bilərsiniz, amma bir az dəlilik yaxşıdır. Dünya kubokunu qazanmaq şansımız turnir başlamazdan əvvəl 1 faiz idi. İndi 12 faizdir, çalışacağıq ki, bu faizi daha da artıraq” – Reqraqi əlavə edib.

Reqraqi onu da bildirib ki, finala çıxmaq üçün hər şeyə hazırdırlar:

“Fransa ilə matçda bizim qeyri-adi enerjimiz olacaq. Yorulmuruq, oyunda qaçacağıq. Biz qitəmizin mentalitetini dəyişməyə gəlmişik. Yarımfinalın kifayət qədər olduğunu desək, bu fikirlə razı deyiləm. Finalda olmaq istəyirik. Ümid edirəm ki, Fransa bizə hörmət etməz, çünki bu, onlar üçün çətin olacaq”.

Qeyd edək ki, Mərakeş - Fransa matçı bu gün saat 23:00-da start götürəcək. Qarşılaşmanı 20 min mərakeşli azarkeş izləyəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi