olkepress.com
olkepress.com

“Qərarlar nəticəyə təsir etdi” - Qurban Qurbanov

4-11-2022, 08:29

“Qərarlar nəticəyə təsir etdi” - Qurban Qurbanov

“Qalib gəlmək istəyirdik. Bunu bacara bilərdik. Az qalmışdı. Bu il keçirdiyimiz 14 oyuna toxunmaq istəyirəm. “Lex”lə matçdan başlayaraq bütün oyunlarda komandamız yaxşı mübarizə apardı. Hər kəs oyunları gözləyirdi. Bu il futbol ili oldu”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, UEFA Avropa Liqasının qrup mərhələsində “Frayburq”la 1:1-lik heç-heçə etdikləri matçdan sonra bunları deyib:

“Bütün azarkeşlərə, azərbaycanlılara təşəkkür edirəm. Biz də xalqımızı, azarkeşlərimizi düşündük. Yaxşı nəticələrlə onları sevindirməyə çalışdıq. Yekun olaraq çox razı qaldım komandamdan. Qarşıda istirahət etməyə vaxtımız yoxdur. 2-3 gündən bir oyunlara çıxırıq. Bu il futbolun dadın komandam hiss elədi. Böyük təcrübə oldu. Yaxşı nəticə əldə etməyə çalışdıq”.

- Bu gün sizi çox əsəbi gördük. Hakimliyin nəticəyə necə təsiri oldu?

- Qol epizodu qaranlıq epizod idi. Ona qədər Marko Yankoviçin ayağında ciddi zədə var. Ofsayd qərarında xətt çəkmədilər, penaltinin də üstündən keçdilər. Hakimlikdən danışmağın nə qədər faydası var bunu bilmirəm. İndi hakimlər kənarda qalıb VAR müzakirə olunur. Xətti niyə çəkmədilər bilmirəm. Çünki bütün ofsaydlar zamanı bunu edirlər. Nəticəyə təsir etdi. Qol sayılsaydı, bəlkə başqa cür olacaqdı.

- Maraqlıdır ki, Qurban Qurbanov Konfrans Liqas, yoxsa Avropa Liqası deyəndə özü hansının daha yaxşı olduğunu düşünürdü?

- Əvvəlcə, Çempionlar Liqasına düşməyə çalışdıq, alınmadı. Daha sonra Avropa Liqasında uğura nail olmaq istədik. Əlimizdən gələni etdik. Nəticə belə oldu və bununla razılaşmalıyıq. Gələn il üçün də avrokubok həyəcanı görəcəyik. İstəyimiz Avropa Liqasında pley-off-a çıxmaq idi. Futbolçularıma da bildirdim ki, biz heç bir rəqibin qarşısında əzilmədik, mübarizə apardıq. Bəzən risklərə də getmişik. Oyunçularım rəqiblərdən çəkinmədilər. Bunun əvəzi nə vaxtsa veriləcək.

- “Qarabağ” oyuna yaxşı başladı, amma sonradan rəqib oyunu bərabərləşdirdi. Bunun səbəbi nədir?

- Rəqib ciddi rəqibdir, Bundesliqada 3-cü pillədə qərarlaşıb. Sadəcə bəzən rəqibin gücü istənilən hücumları qurmağa imkan vermirdi.

- Kevin Medina ilk hissədə də aqressiv idi. Fasilədə onunla danışdınız?

- Biz hər oyundan əvvəl futbolçularımızla diqqətli olması ilə bağlı danışırıq. Bizim çempionatda nadir hallarda belə sürətə rast gəlirik. Bu cür oyunlarda sərt müdaxilələr normaldır. Aqressivliyə gəlincə, onu mən tapşırmışdım və bildirmişdim ki, aqressiv olmalıyıq.

- İki tur öncədən Konfrans Liqasında 1/16 final mərhələsinə vəsiqə qazanmağın son turdakı matçlara təsiri oldu?

- Bizim üçün heç bir dəyişiklik olmadı. Sadəcə rəqiblər daha ciddi oldular. Bu da oyuna təsir edirdi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi