İtaliya A seriyasının 6-cı turu çərçivəsində keçirilən "Yuventus" - "Salernitana" qarşılaşmasında qalmaqal yaşanıb.Ölkəpress.com xəbər verir ki, 2:1 hesabı ilə geridə olan meydan sahibləri ikinci hissənin artırma dəqiqələrində iki dəfə fərqlənib. 3-cü qolun müəllifi Milik formasını çıxartdığına görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Lakin “Yuventus”un qələbə topu VAR yoxlamasından sonra ləğv edilib. Bundan sonra futbolçular arasında gərginlik artıb. Futbolçular arasında kütləvi davaya görə, baş hakim iki futbolçuya qırmızı vərəqə göstərib. "Yuventus"un baş məşqçi Massimiliano Alleqri də birbaşa qırmızı vərəqə alıb.
Qeyd edək ki, oyun 2:2 hesabı ilə başa çatıb.