olkepress.com
olkepress.com

“Qarabağ”ın zədəli futbolçuları müalicəyə yollandılar

8-08-2022, 16:45

“Qarabağ”ın zədəli futbolçuları müalicəyə yollandılar

“Qarabağ”ın zədəli futbolçuları - Kevin Medina və Maksim Medvedev müalicə üçün ölkə xaricinə yollanıblar.

“Report”un məlumatına görə, 29 yaşlı kolumbiyalı müdafiəçi Almaniyaya, Medvedev isə Türkiyəyə gedib.

Hər iki oyunçu “Ferentsvaroş”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu üçün Macarıstana aparılmayıblar.

Qeyd edək ki, avqustun 9-da oynanılacaq “Ferentsvaroş” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.

Ölkepress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi